Azərbaycanlı qadın hakim Türkiyədə ilkə imza atdı

XƏBƏR 26 Yanvar 2011 / 22:51 2047
-  A +

Azərbaycanlı qadın hakim Maya Nəbiyevə bir ilkə imza atıb. Qol.Az-ın xəbərinə görə, hazırda hakimlərimizlə birgə Antalyada təlim-məşq toplanışında olan Maya bu gün Rusiya çempionatının birinci liqasında yarışan «Dinamo» - «Vityaz» matçında yardımçı hakim vəzifəsini icra edib. Bununla da o, Antalyanın tarixi ərzində bu şəhərdə hazırlıq prosesi keçən komandaların yoxlama matçlarında meydana çıxan ilk qadın hakim olub.

Bu haqda Qol.Az-a məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, matçdan sonra komandalar və azarkeşlər Maya Nəbiyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, M.Nəbiyeva bu matçda Elnur Muradova kömək edib.


Son xəbərlər