Van Nistelroy: "Real" mənim qadağan olunmuş sevgimdir"

Van Nistelroy: "Real" mənim qadağan olunmuş sevgimdir"
XƏBƏR 26 Yanvar 2011 / 20:07 1977
-  A +

Qış transfer pəncərəsi dönəmində yenidən "Real"a qayıdacağı gözlənilən hollandiyalı futbolçu Rud Van Nistelroy bu keçidin baş tutmamasına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "Hamburq"un əsas qol silahı olan Nistelroy artıq "Real"a transferin mümkün olmadığını açıqlayıb: "Karyeramın bu son illərində yenidən Madridə qayıdacağımı desəydilər, inanmazdım. 34 yaşım olmasına baxmayaraq, mənə yenidən müqavilə təklif etdilər. Bu inanılmazdır. "Real" rəhbərliyi məni transfer etmək üçün hər şey etdi. Lakin alınmadı. Çünki ortada bəzi həqiqətlər var idi. Bununla belə, "Real" mənim qadağan olunmuş sevgimdir".

Son xəbərlər