"Neftçi" daha bir Rusiya klubunu sınağa çəkəcək

"Neftçi" daha bir Rusiya klubunu sınağa çəkəcək
XƏBƏR 26 Yanvar 2011 / 19:18 1926
-  A +

Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici heyəti ilk yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, gənc futbolçular Rusiyanın "Spartak" (Nalçik) klubunun əvəzedici heyəti ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Hər iki qol ilk yarıda vurulub. Rəqib komandanın futbolçuları hakimin təyin etdiyi penalti zərbəsindən sonra hesabı açıblar. Çox keçməmiş "Neftçi"dən Ağabala Ramazanov bərabərlik qolunu vurub.

Hazırlıq prosesini fevralın 4-dək davam etdirəcək İqor Getmanın rəhbərlik etdiyi komanda növbəti yoxlama görüşünü yanvarın 28-da "Krasnodar" klubunun əvəzedici heyətinə qarşı keçirəcək.

Son xəbərlər