Adrian Pit: "Xəzər Lənkəran"da hər şey əladır"

Adrian Pit: "Xəzər Lənkəran"da hər şey əladır"
XƏBƏR 26 Yanvar 2011 / 18:42 3682
-  A +

"Xəzər Lənkəran" klubunun yeni transferi olan Adrian Pit verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran"ın düşərgəsinə qatılan rumıniyalı futbolçu yeni komandası haqda bunları deyib: "Xəzər Lənkəran" klubunda özümü yaxşı hiss edirəm. Çünki, burada təxminən 10-a yaxın rumıniyalı var. Ona görə də, komandaya uyğunlaşmaq problem yaratmır. Üstəlik baş məşqçimiz Mirça Rednik də rumıniyalıdır. Onunla çox yaxşı anlaşırıq. Yeni komandamda hər şey əladır və mən burada olduqca xoşbəxtəm".

Son xəbərlər