"Beşiktaş"ın stadionu söküləcək

"Beşiktaş"ın stadionu söküləcək
XƏBƏR 26 Yanvar 2011 / 16:11 1899
-  A +

Türkiyənin "Beşiktaş" klubu yeni stadionun tikilməsi üçün müraciət etdiyi qurumdan müsbət cavab alıb. Qol.Az-ın məlumatına görə, bunun üçün ilk əvvəl hazırki "İnönü"  stadionun sökülməsi lazımdır.

"Beşiktaş" rəhbərliyi məhz "İnönü" arenasının sökülməsindən sonra, həmin yerdə yeni müasir tipli bir stadion inşa etdirməyi planlaşdırır. Yeni stadionunun tikilməsinə bu ilin may ayında start veriləcək. Lakin stadionun tam hazır olacağı vaxta qədər "Beşiktaş"ın ev oyunlarını harda keçirəcəyi isə hələlik məlum deyil.


Son xəbərlər