FİFA Ukrayna Futbol Federasiyasını (UFF) cəzalandıracağı barədə xəbərdarlıq edib. Qol.Az-ın məlumatına görə, buna səbəb ukraynalı siyasətçilərin futbol həyatına müdaxilə etmələri olub.
Lakin FİFA belə davam edəcəyi təqdirdə Ukraynanı beynəlxalq yarışlardan kənarlaşdıracağı ilə hədələyib. UFF-nın bir sıra üzvləri hazırki prezident Qriqori Surkisin istefasını tələb ediblər. Onlar əsasən Surkisin Kiyev "Dinamo"suna simpatiya göstərməsini önə çəkiblər. FİFA isə bəyan edib ki, əgər indiki rəhbərlik istefaya göndərilsə belə, onlar yeni prezidenti tanımayacaqlar. Hazırki rəhbərlik 2012-ci il dekabrın sonuna kimi fəaliyyətini davam etdirməlidir.
Əgər FİFA-nın tələbləri fevralın 4-nə kimi yerinə yetirilməzsə, bu zaman UFF dünya futbol qurumunun üzvlüyündən çıxarılmaqla, gələn il Avropa çempionatının final mərhələsinin təşkilatçılıq hüququndan da məhrum olacaq.
Qeyd edək ki, FİFA-nın bu cəzasına 2002-2003-cü illərdə Azərbaycan da məruz qalıb. Həmin illərdə AFFA FİFA tərəfindən cəzalandırıldığı üçün klublarımız 2 il beynəlxalq yarışlardan kənar qalmışdı.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video