"Bakı" latviyalı futbolçuya elçi düşüb

"Bakı" latviyalı futbolçuya elçi düşüb
XƏBƏR 26 Yanvar 2011 / 13:55 1989
-  A +

Latviyanın ən tanınmış futbolçularından olan Maris Verpakovskis karyerasını Azərbaycanda davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, Latviya mətbuatında 31 yaşlı futbolçunun həmyerlisi Aleksandr Starkovun rəhbərlik etdiyi "Bakı" klubuna keçəcəyi bildirilir. 

Təcrübəli futbolçu Starkovun rəhbərliyi altında "Skonto" və Latviya millisinin heyətində də çıxış edib. Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan Verpakovskis "Bakı" klubundan aldığı təklifi müsbət qarşılayıb.
 

Qeyd edək ki, 2009-cu ildə Bakının "İnter" klubu da Verpakovskisi heyətinə qatmaq istəyirdi.

 


Son xəbərlər