Messi anasını təbrik etdiyi üçün cəzalandı

Messi anasını təbrik etdiyi üçün cəzalandı
XƏBƏR 26 Yanvar 2011 / 13:36 1868
-  A +

İspaniya Futbol Federasiyası "Barselona" klubunun hücumçusu Lionel Messiyə cərimə və sarı vərəqə cəzası kəsib. Qol.Az-ın məlumatına görə, buna son iki ilin ən yaxşı futbolçusunun İspaniya çempionatı matçında "Rasinq"ə qol vurduqdan sonra etdiyi hərəkəti səbəb olub.

Argentinalı oyunçu telekameralara tərəf qaçaraq, futbolkasını yuxarı qaldırıb və "Ad günün mübarək, ana!" yazısını nümayiş etdirib. Baş hakim Messiyə həmin vaxt xəbərdarlıq etməyib. Lakin oyunun protokolunda bu barədə qeyd aparılıb. Sonradan o, cəriməyə məruz qalıb. Məbləğin isə 2-3 min avro olacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" "Rasinq"ə böyük hesabla qalib gəlib – 3:0.


Son xəbərlər