"Turan" Ukrayna təmsilçisinə qalib gəldi

"Turan" Ukrayna təmsilçisinə qalib gəldi
XƏBƏR 26 Yanvar 2011 / 11:07 1682
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Tovuzun "Turan" klubu dünən növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Naci Şensoyun yetirmələri Ukraynanın "Obolon" klubu ilə qarşılaşıb.
 
Kəşfiyyat xarakteri daşıyan ilk hissədə hesabı rəqib açıb. Lakin Ukrayna təmsilçisinin qol sevinci uzun çəkməyib. Fasilə ərəfəsində Georgi Çediya hesaba tarazlıq gətirib. İkinci hissədə isə "Turan" daha bir qol vurmaqla matçdan qalib ayrılıb. Georgi Beriaşvili fərqlənib - 2:1.

Son xəbərlər