Asiya Kubokunun finalçıları müəyyənləşdi

Asiya Kubokunun finalçıları müəyyənləşdi
XƏBƏR 26 Yanvar 2011 / 00:44 1863
-  A +

Qətərdə keçirilən Asiya Kubokunda finalçılar müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici qarşılaşmada Yaponiya ilə Avstraliya yığmaları üz-üzə gələcək.

Yaponiya Cənubi Koreyanı penaltilər seriyasında məğlubiyyətə uğradıb. Komandalar əsas və əlavə vaxtda hərəyə iki dəfə fərqləniblər - 2:2. Penaltilər seriyasında yaponiyalılar 3:0 hesablı qələbəyə nail olublar. Avstraliya isə digər yarımfinal matçında Özbəkistanı darmadağın edib - 6:0.

Cənubi Koreya ilə Avstraliya arasındakı final matçı yanvarın 29-da olacaq. Bundan bir gün öncə isə Cənubi Koreya Özbəkistanla 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner