Emin Ağayev "Anji"də

Emin Ağayev "Anji"də
XƏBƏR 26 Yanvar 2011 / 00:23 2515
-  A +

Rusiyanın "Anji" klubuna daha bir azərbaycanlı dəvət olunub. Qol.Az-ın məlumatına görə, bu, Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayevdir.

Ağayev yanvarın 22-də Rusiyanın II divizionunun qərb zonasında çıxış edən "Volqa" komandasında futbolçu karyerasını başa vurub. O, iki ildir kapitanı olduğu Tver klubunun azarkeşləri ilə bu sözlərlə vidalaşıb: "Tverdə birgə işlədiyim bütün insanlara minnətdarlığımı bildirirəm. Xüsusən də azarkeşlərə. Burada unudulmaz illər keçirdik. Kədərlənməyin, komandaya inanın. Hər şey yaxşı olacaq". 

"Volqa"nın rəsmi saytı 37 yaşlı Emin Ağayevin "Anji"nin rəisi olacağını yazıb və ona yeni işində uğurlar arzulayıb. Vaxtilə Ağayev Mahaçqala komandasında futbolçu kimi çıxış edib. 

Qeyd edək ki, "Anji"də Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov və böyük məşqçi qismində millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov da yer alır. Bu yaxınlarda klubu məşhur dağıstanlı biznesmen Süleyman Kərimov alıb.   

Son xəbərlər