"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədovun klubun rəsmi saytına müsahibəsi
- Flaqman Antalyada artıq ikinci təlim-məşq toplanışına başlayıb. "Mardan" İdman Kompleksində məşq üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Birinci təlim-məşq toplanışındakı məskunlaşdığımız yer də daxil olmaqla hal-hazırda qaldığımız "Mardan" İdman Kompleksində şərait yüksək səviyyədədir. Bura sırf idman kompleksidir, yalnız futbol klubları üçün nəzərdə tutulub. Son hazırlıq mərhələsi olduğundan, bu hal bizə daha sərfəlidir. Futbolçularımız oyunlara yaxşı köklənirlər. Bundan başqa, "Mardan" İdman Kompleksində oyunları təhlil etməkdən ötrü xüsusi otaq var. Məşq meydançası otelə daha yaxındır. Üstəlik, "Mardan Antalyaspor" stadionunun ikinci meydançası yalnız "Neftçi"nin ixtiyarına verilib. Burda bizdən başqa heç kim məşq etmir və oyun keçirmir. Bütün bunlar təlim-məşq toplanışının bir qədər də yaxşı keçməsinə imkan yaradır.
- Budəfəki təlim-məşq toplanışına Paulius Qribauskas qatılmayıb. Onun sağlıq durumu nə yerdədir?
- Qribauskasla mütəmadi əlaqədəyik. Ona hələlik məşq etmək olmaz. Cərrahiyyə əməliyyatından təzə çıxıb və yalnız mart-aprel aylarında yüngül məşqlərə başlaya bilər. Yəqin ki, Paulisin xidmətindən mövsümün sonuna qədər yararlana bilməyəcəyik. Buna baxmayaraq, litvalı qapıçıya "Neftçi" rəhbərliyi tərəfindən bütün diqqət və qayğı göstərilir, onun zədəsini sağaltmaq üçün hər bir şərait yaradılıb.
- Belə çıxır ki, "Neftçi" daha bir qapıçı ilə müqavilə bağlayacaq?
- Bəli. Hələ ötən təlim-məşq toplanışından ehtiyatımızı görmüşdük. Artıq qapıçı axtarışlarına başlamışıq. Bu mövqeyə bir neçə namizəd var. Hazırda danışıqlar gedir. Çox güman ki, ən yaxın günlərdə bu məsələ həll olunacaq.
- Başqa möqveyə transfer olacaqmı?
- Heyətimiz demək olar, tam komplektləşib. Antalyada keçirdiyimiz təlim-məşq toplanışlarında başlıca məqsədimiz oyun üslubunu artırmaq, təkmilləşdirməkdir. Yalnız 1-2 mövqenin gücləndirilməsinə ehtiyac duyulur. Əsasən müdafiəyəmeylli dayaq yarımmüdafiəçisi axtarırıq. Yəqin ki, bu transfer də yaxın günlərdə gerçəkləşəcək.
- Ukraynanın "Metallurq" klubunun da "Neftçi" ilə yoxlama matçı keçirmək istəməsinə dair məlumatlar yayılıb. Ola bilərmi ki, flaqmanın hazırlıq planı dəyişsin və yoxlama görüşlərinin sayı artırılsın?
- Yox. Qrafikdən kənara çıxmayacağıq. Planlaşdırdığımız kimi, 4 oyunumuz var. Qalan günlərdə isə komanda iki dəfə məşq edəcək. Hətta oyun günü də məşq edirik. Bir sözlə, qrafiki pozmaq fikrimiz yoxdur. Xatirinizdədirsə, birinci təlim-məşq toplanışında "Rubin" bizimlə matçın başqa vaxta keçirilməsini istəyirdi. Amma biz qrafikdən kənara çıxmadıq və görüşdən imtina etdik. İkinci təlim-məşq toplanışında da ciddi hazırlıq qrafiki qorunub, saxlanılacaq.
- "Neftçi" ilk matçını sabah Ukrayna "Arsenal"ına qarşı keçirəcək. Komandamız bu görüşə hazırdırmı?
- Şübhəsiz ki, sabahkı görüşdə nəticə önəm kəsb etmir. Birinci təlim-məşq toplanışında "SKA-Energiya" ilə qarşılaşmada komandamızın müsbət və mənfi tərəflərini gördük. "Arsenal"la matçda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Bütün futbolçulara şans verəcəyik. Antalyada keçirəcəyimiz 4 yoxlama matçında əsas heyəti müəyyənləşdirəcəyik.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın