"Bakı" Ukrayna təmsilçisini sınağa çəkəcək

"Bakı" Ukrayna təmsilçisini sınağa çəkəcək
XƏBƏR 25 Yanvar 2011 / 17:04 1572
-  A +

Antalyada təlim-məşq toplantısını davam erdirən "Bakı" gündə iki məşq olmaqla hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, düşərgədə yüksək əhval-ruhiyyə müşahidə olunur.

Komandada xəstə, zədəli və baxışda olan futbolçu yoxdur. Baş məşqçimiz Aleksandr Starkovun təlim-məşq toplantısından kənarlaşdırdığı Jaba, Roşa və Cefferson xaricində bütün futbolçular məşqlərdə iştirak edirlər.

"Bakı" sabah (26 yanvar 2011) üçüncü yoldaşlıq oyununa çıxacaq. Komandanın rəqibi Ukraynanın "Metallurq" (Zaporojye) klubu olacaq. oyun Bakı vaxtı ilə saat 14-də başlanacaq.

Xatırladaq ki, bu, "Bakı"nın təlim-məşq toplantısı zamanı keçirdiyi 3-cü qarşılaşmadır. Komandamız daha əvvəl Qazaxıstanın "Akjayık" (3:0) və "Şaxtyor" Karaqanda (1:1) klubları ilə yoldaşlıq oyunları keçirib.


Son xəbərlər