Türkiyə Kubokunun finalı Kayseridə

Türkiyə Kubokunun finalı Kayseridə
XƏBƏR 25 Yanvar 2011 / 16:43 1889
-  A +

Türkiyə kubokunun final qarşılaşması Kayseri şəhərində keçiriləcək. Qol.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası bu günkü iclasında ölkə kubokunun finalının Kayseridə "Kadir Has" stadionunda keçirilməsinə qərar verdi. 2009-cu ilin mart ayında istifadəyə verilən "Kadir Has" stadionu ilk dəfə final matçına ev sahibliyi edəcək.

Qeyd edək ki, Türkiyə kubokunun növbəti oyunları sabah keçiriləcək. Məhz bu oyunlardan sonra play-off mərhələsinin bütün iştirakçılarına aydınlıq gələcək.


Son xəbərlər