Azərbaycanlı azarkeşlərə cinayət işi açılıb

XƏBƏR 25 Yanvar 2011 / 15:38 2214
-  A +

Rusiyanın Sank-Peterburq şəhərində keçirilən "Birlik kuboku"nun final mərhələsindən sonra qonşu ölkədə azarkeşlər arasında insident baş verib. Qol.Az-ın məlumatına görə, "İnter" -"Şaxtyor" oyunundan sonra həm Peterburq, həm də Moskvada kütləvi iğtişaş yaşanıb.

Bu hadisələr zamanı bir neçə azarkeş bıçaq, bəziləri isə pistoletdən açılan güllə nəticəsində yaralanıb. Lakin Yeqor Sviridov isə artıq dünyasını dəyişib.

Rusiya polisi "xuliqanlıq"da təqsirli bilinən 20 nəfəri göz altına alıb. Onlardan 8-nin isə azərbaycanlı olduğu bildirilir. Həmin hadisənin baş vermə səbəbləri araşdırılır və bununla bağlı artıq cinayət işi də qaldırılıb.

Son xəbərlər