"Neftçi" PFK Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın məlumatına görə, komandanın bu gün 2 məşqi nəzərdə tutulub. Səhər məşqi həm fitnes zalında, həm də yaşıl meydanaçada keçirilib. "Ağ-qaralar" baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev, Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak, eləcə də qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında müxtəlif tərminləri yerinə yetiriblər. Soyuqdəyməsi olan kapitan Rail Məlikov və zədəli Emil Mpenza məşqə qatıla bilməyiblər. Fitnes zalındakı çalışmalardan sonra futbolçular hazırlığı yaşıl meydançada davam etdiriblər. Onlar "Polor saat"ları ilə hərəsi 5 dəqiqə olmaqla, 5 dəfə qaçıblar. Axşam məşqi Bakı vaxtı ilə saat 19:00-da olacaq.
Xatırladaq ki, yanvarın 24-də başlanan təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın