Hazırda Azərbaycan hakimləri Türkiyədə yüksək səviyyəli təlim-məşq toplanışı keçirlər. Bu haqda Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Qeyd edək ki, yanvarın 15-dən etibarən 44 hakimimiz Antalya şəhərində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi yanvarın 29-da yekunlaşacaq.
Xaqani Məmmədov hakimlərimizin gün ərzində iki dəfə fiziki hazırlıq prosesi keçdiyiyi və iki dəfə nəzəri məşğələlərdə iştirak etdiyini deyib. Onun sözlərinə görə, onlar həm də Türkiyədə bir sıra yoxlama matçlarını idarə ediblər: «Bu günə qədər hakimlərimiz Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qaxaxıstan, Polşa, Moldova, Almaniya və Hollandiya klublarının iştirakı ilə keçirilmiş 39 oyunda meydana çıxıblar. Bundan sonra isə hakimlərimiz üçün daha 15-20 oyun nəzərdə tutulub. Qeyd edim ki, hazırda Azərbaycanla yanaşı, Koreya, Macarıstan və Qazaxıstandan olan hakimlər də Antalyada hazırlıq prosesi keçirlər».
X.Məmmədov oyunlara əsasən gənc hakimlərimizin təyinat aldığını deyib. «Onların təcrübə toplaması baxımından yoxlama görüşləri böyük önəm daşıyır. Bu gün gənc hakimimiz Ramil Diniyev özünün dördüncü matçına çıxacaq. O, Qazaxıstanın «Şaxtyor» və Stavropolun «Dinamo» klublarının oyunlarını idarə edəcək».
X.Məmmədovun hakimlərin fiziki durumlarında problemlərin olmadığını bildirib. Bununla belə, ağır yüklənmələrdən sonra üç hakimimiz - Anar Salmanov, Əfqan Həmzəyev və Vaqif Musayev yüngül zədə alıblar. Hələlik onlar ağır məşqlərdə iştirak etmirlər.
X.Məmmədov hazırlıq prosesində gənc hakimlər Ramil Diniyev, Fuad Həsənov, Rəhim Həsənov, Rauf Cabbarov və Əliyar Ağayevin idarə etdiyi oyunlarda özlərini yaxşı tərəfdən göstərdiklərini söyləyib.
«Ola bilər ki, hazırlıq prosesində idarəçiliyi yüksək səviyyədə olan bir-iki gənc hakimimiz Premyer Liqanın «ilk altılığ»ındakı oyunlara təyinat alsınlar» - deyə X.Məmmədov bildirib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın