Emil Mpenza "Neftçi"nin məşqlərindən kənar qaldı

Emil Mpenza "Neftçi"nin məşqlərindən kənar qaldı
XƏBƏR 25 Yanvar 2011 / 12:49 2220
-  A +

"Neftçi"-nin digər legionerləri kimi, belçikalı Emil Mpenza da komandanın Antalyadakı düşərgəsinə qoşulub. Qol.Az-ın məlumatına görə, təcrübəli hücumçu hələlik məşqlərdən kənarda qalıb. Belə ki, o, Antalyada təşkil olunmuş ilk hazırlıq prosesində Rusiyanın "SKA-Energiya" klubu ilə görüşdə diz nahiyəsindən zədələnib. Bu gün Mpenza klinikada tibbi müayinədən keçəcək. Bundan sonra futbolçuya dəqiq diaqnoz qoyulacaq və onun qarşıdakı günlər üçün qrafiki müəyyənləşdiriləcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner