Berti Foqts da "İnter"i təbrik edib

Berti Foqts da "İnter"i təbrik edib
XƏBƏR 25 Yanvar 2011 / 11:04 1497
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "İnter" klubunu "Birlik kuboku"nu qazanması münasibətilə təbrik edib. Qol.Az-ın məlumatına görə, Foqts bunula bağlı affa.az saytına fikirlərini bildirib: "İlk növbədə "İnter"i bu qələbə münasibətilə təbrik edirəm. İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir. "İnter"in turnir ərzində qapısının toxunulmazlığını qoruyaraq ardıcıl qələbələr qazanması əsl komanda oyununun göstəricisidir. Belə qələbələrin sayının çox olmasını və Azərbaycan futbolunun inkişafına töhfə verməsini arzu edirəm".

Son xəbərlər