Yorğun "Neftçi" həvəslə çalışdı

Yorğun "Neftçi" həvəslə çalışdı
XƏBƏR 24 Yanvar 2011 / 23:06 1865
-  A +

"Neftçi" komandası Türkiyənin Antalya şəhərində keçirdiyi ikinci təlim-məşq toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçular "Mardan Antalyaspor" stadionunun ikinci meydançasında baş tutan hazırlıq prosesində əvvəlcə topla çalışıblar.

Onlar cütlüklərə bölünərək, qısa ötürmələr üzərində işləyiblər. Ardından fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak futbolçulara müxtəlif təmrinlər verib. Eyni zamanda, hər bir oyunçu 20 dəqiqə kross qaçıb. Daha sonra "qırmızılar"a və "yaşıllar"a bölünərək, ikitərəfli oyunda qüvvələrini sınayıblar. Yol yorğunluğuna baxmayaraq, "ağ-qaralar" məşqdə həvəslə çalışıblar. Güclü yağış altında keçən məşq təxminən 1 saat yarım davam edib.

Son xəbərlər