"Turan" Ukrayna təmsilçisini sınağa çəkəcək

"Turan" Ukrayna təmsilçisini sınağa çəkəcək
XƏBƏR 24 Yanvar 2011 / 18:19 1705
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Tovuzun "Turan" klubunun baş məşqçisi Naci Şensoy dünən komandasına istirahət verib. Qol.Az-ın məlumatına görə, Antalyaya yollanan heyət şəhəri gəzməklə yanaşı bol-bol alış-veriş edib. Axşam yeməyindən sonra isə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin doğum günü qeyd olunub.

Bu gün səhər məşqində isə komanda toplu çalışmalara üstünlük verib. Qapıçılar Eldəniz Hüseynovla çalışdığı halda futbolçular daha çox taktiki gedişlər üzərində işləyiblər. Komandanın düşərgəsində zədəli futbolçuların olmaması da baş məşqçi Naci Şensoyu sevindirir.

Qeyd edəkki, "Turan" sabah saat 15:00-da Ukraynanın yüksək liqa təmsilçisi "Obolon"la  qarşılaşacaq.


Son xəbərlər