"Xəzər Lənkəran"ın Facebook səhifəsi istifadəyə verildi

"Xəzər Lənkəran"ın Facebook səhifəsi istifadəyə verildi
XƏBƏR 24 Yanvar 2011 / 17:16 2310
-  A +

"Xəzər Lənkəran" Klubunun rəsmi Facebook səhifəsi artıq azarkeşlərin istifadəsindədir. Qol.Az-ın məlumatına görə, indi dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən bu səhifəyə qoşulmaqla mütəmadi olaraq klub haqqında ən son məlumatları rahatlıqla əldə edə bilər. Bundan əlavə azarkeşlər qeyd olunan səhifə vasitəsilə vaxtaşırı komandanın oyunçularına və məşqçilərinə suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaq. Azarkeşlərlə daim yüksək səviyyəli ünsiyyət qurmağa çalışan komanda bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradır.
Beləliklə, sevdiyiniz kluba daha da yaxın olmaq üçün aşağıdakı ünvana keçib "Xəzər Lənkəran" FK rəsmi Facebook səhifəsini bəyənməyiniz kifayətdir!
 

Son xəbərlər