AZAL ikinci oyununda qələbə qazana bilmədi (YENİLƏNİB)

 AZAL ikinci oyununda qələbə qazana bilmədi (YENİLƏNİB)
XƏBƏR 24 Yanvar 2011 / 20:06 2116
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən AZAL klubu bu gün  növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatıma görə, "təyyarəçilər" bu dəfə Qazaxıstanın "Vostok" klubu ilə qarşılaşıb.


Bu qarşılaşmada Nazim Süleymanovun yetirmələri hesabı açsa da, "təyyarəçilər" sonda qələbəni əldən veriblər. Nəticə oyun 1:1 hesabı ilə başa çatıb.  
 
Qeyd edək ki, AZAL ilk yoxlama görüşündə Ukraynanın "Zarya" klubu ilə qarşılaşmış və oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılmışdı.
 

 

24 yanvar


Yoxlama oyunu
 
AZAL (AZərbaycan) - "Vostok" (Qazaxıstan) - 1-1  

 


 


Son xəbərlər