Qətərin hakim ailəsi İngiltərənin "Mançester Yunayted"i almaq istəyilə futbol klubunun hazırkı sahiblərinə 1,5 milyard funt (2,4 milyard dollar) təklif edib. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, mümkün alıcı qismində ölkənin hakim ailəsinin nəzarətində olan "Qatar Holding" şirkəti çıxış edib.
Lakin "Mançester Yunayted"in hazırkı sahibləri olan Qleyzerler ailəsinin təmsilçiləri onlara komandanın alınması üçün təklif gəlmədiyini rəsmən təkzib ediblər. Bununla belə, klubun hazırkı sahibləri ilə Qətər tərəfi arasında dekabrda danışıqların aparıldığı mətbuata sızıb. Qətərin hakim ailəsi təbii resurslarla zəngin ölkənin dekabrda 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququna yiyələnməsindən sonra dünyaca qüdrətli İngiltərə klubunu almaq istəyinə düşüb.
Lakin hazırda danışıqların dayandırıldığı bildirilir. Çünki Qleyzerlər ailəsi həddən artıq böyük məbləğ – 2 milyard funt istəyib. Lakin Britaniya mətbuatı iddia edir ki, bir müddət sonra Qətər tərəfi yeni və daha səxavətli təkliflə çıxış edə bilər. Hətta 1,5 milyard dollara satacaqları halda belə, Qleyzerlər gəlir götürəcəklər. Çünki onlar "Mançester Yunayted"i 2005-ci ildə 800 milyon funta alıblar.
Hazırda Qətər dünya futbolunda nüfuzunu möhkəmləndirmək üçün səylər göstərir. Dekabrın ortalarında Qətər xeyriyyə fondu İspaniyanın "Barselona" klubu ilə oyunçuların formalarında loqotipin yerləşdirilməsini nəzərdə tutan dünya futbolunda görünməmiş sponsorluq müqaviləsi imzalayıb. Müqavilənin məbləği 125 milyon funt olsa da, klubun uğurlu çıxışı təqdirində yüksələ bilər.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın