Mais Mənsimov "İnter"in prezidentini təbrik edib

Mais Mənsimov "İnter"in prezidentini təbrik edib
XƏBƏR 24 Yanvar 2011 / 14:49 1823
-  A +

"Xəzər Lənkəran" "İnter" Klubunu "Birlik Kubok"unun qalibi olması ilə əlaqədar təbrik edib. Qol.Az-ın məlumatına görə, klub prezidenti Mais Mənsimovun "İnter"in prezidenti Georgi Nikolova ünvanladığı məktubda deyilir: "Sizi başçılıq etdiyiniz "İnter" Futbol Klubunun Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku" oyunlarında qalib gəlib kubok qazanması münasibəti ilə ürəkdən təbrik edirəm!" Mais Mənsimov vurğulayır ki, "Azərbaycan klubunun belə yüksək mükafata layiq olması bizi sevindirməyə bilməz". "Komandanızın turnir ərzində inamlı qələbələri, sərgilədiyi gözəl futbol Azərbaycanın adını daha da yüksəldib ölkəmizi güclü idman diyarı kimi tanınmasına böyük töhfə oldu", - prezidentimiz bildirdi. O, "İnter" klubuna yeni zirvələrin fəth etməsini arzuladı.

Son xəbərlər