"Muğan" afrikalını saxladı, digərlərini yola saldı

 "Muğan" afrikalını saxladı, digərlərini yola saldı
XƏBƏR 24 Yanvar 2011 / 14:30 1916
-  A +

İkinci dövrənin hazırlıqlarını davam etdirən Salyanın "Muğan" klubu ilk əcnəbi futbolçu transferini reallaşdırıb. Qol.Az-ın məlumatına görə, "Muğan"da baxışda olan afrikalı futbolçu Samuel Barley Salyan təmsilçisinin baş məşqçisi Bəhmən Həsənov tərəfindən bəyənilib.
Qeyd edək ki, Syerra-Leon millisinin futbolçusu olan Barley İsveçin "Siriansk" klubunda çıxış edib. "Muğan" klubu baxışda olan digər 2 futbolçu litvalı müdafiəçi Laurinas Rimavyuçis və latviyalı hücumçu Andrey Butriksa ilə yollarını ayırıb.

Son xəbərlər