"Xəzər Lənkəran"ın futbolçusu istirahətdə (FOTO)

"Xəzər Lənkəran"ın futbolçusu istirahətdə (FOTO)
XƏBƏR 24 Yanvar 2011 / 13:05 2574
-  A +

Rumıniyanın "Timişoara" klubundan "Xəzər Lənkəran"a transfer olunan futbolçu Kristu Çiaku istirahətə yollanıb. Qol.Az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi həyat yoldaşı ilə birgə istirahət etmək üçün okeanın o tayına Dominikan Respublikasına üz tutub. Rumıniya mətbuatı isə Çiakunun İkinci dövrədən etibarən yeni komandası "Xəzər Lənkəran"ın heyətində yüksək səviyyədə çıxış etməsi üçün istirahətə yollandığını yazır. Adı çəkilən futbolçunun fevralın əvvəllərində komandanın düşərgəsinə qoşulacağı bildirilir. 


 


Son xəbərlər