Droqba "Real"ın hədəfində

Droqba "Real"ın hədəfində
XƏBƏR 24 Yanvar 2011 / 01:34 3104
-  A +

İngiltərənin "Çelsi" komandasının hücumçusu Didye Droqba İspaniyanın "Real" klubunun maraq dairəsinə düşüb. Qol.Az-ın "Mail on Sunday"a istinadən məlumatına görə, futbolçunun transfer qiyməti təqribən 30 milyon dollardır.

Onun "Çelsi" ilə müqaviləsi isə 2012-ci il iyunun 30-da başa çatır. Fildişi Sahili yığmasının forvardı "Real"ın hazırkı baş məşqçisi Joze Mourinyoya "Çelsi"dəki birgə işlədikləri vaxtdan yaxşı tanışdır.
 
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında Didye Droqba 21 oyuna 8 qol vurub.  

Son xəbərlər