"Xəzər Lənkəran"dan "Krivbass"la yarımçıq oyunda qələbə

"Xəzər Lənkəran"dan "Krivbass"la yarımçıq oyunda qələbə
XƏBƏR 24 Yanvar 2011 / 00:53 2275
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" klubu yanvarın 23-də növbəti yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, Lənkəran komandası Ukrayna "Krivbass"ı ilə üz-üzə gəlib.
 
Baş məşqçi Mirça Rednik start heyətində Orxan Sadıqlı, Elnur Allahverdiyev, Elvin Beçiri, Rahid Əmirquliyev, Stelian Stanku, Simao Bruno, Andrey Muroşan, Alim Qurbanov, Elnur Abdullayev və Uinston Parksa yer verib.

13-cü dəqiqədə "Xəzər Lənkəran"ın yeni transferi Andrey Muroşan hesabı açıb. "Xəzər Lənkəran" 1:0 hesablı üstünlüyünü davam etdirərkən 75-ci dəqiqədə hakim oyunu dayandırıb. Buna güclü yağış səbəb olub. Beləliklə, Lənkəran komandası yarımçıq oyunda da olsa, qalib gəlməyi bacarıb.

Qeyd edək ki, əvvəlki iki yoxlama matçında "Xəzər Lənkəran" Qazaxıstan "Atırau"suna 1:2, Türkiyə "Kasımpaşa"sına isə 1:4 hesabı ilə uduzub.

Son xəbərlər