"Neftçi" və "Qarabağ" klubları Bakının "İnter" komandasını "Birlik Kuboku"nu qazanması münasibətilə təbrik ediblər. Qol.Az-ın məlumatına görə, bu barədə hər iki klubun rəsmi saytında bildirilir.
"Neftçi"nin açıqlamasında 3-cü dəfə "Birlik Kuboku"nu Azərbaycana "İnter"in qazandırdığı xatırlanır: "Fərəhli haldır ki, bu mükafata Azərbaycan klubları arasında ilk dəfə "Neftçi" layiq görülüb. "İnter"in budəfəki yarışda qazandığı nailiyyət bütün idmansevərlər kimi, "Neftçi" rəhbərliyini də sevindirir. Bu uğur klublarımızın beynəlxalq miqyaslı turnirlərdə ölkəmizi layiqincə təmsil etdiyini göstərir. Son vaxtlar həm yığma, həm də klub səviyyəsində bir çox nailiyyətlər əldə etmişik. Təbii ki, qazanılan uğurlar AFFA rəhbərliyi tərəfindən aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. AFFA-nın gördüyü işlər beynəlxalq futbol federasiyaları tərəfindən də yüksək qiymətləndirilir. "Birlik kuboku"nun finalında "İnter"i dəstəkləyənlər arasında "Neftçi"nin azarkeşləri də olub. Başda "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov olmaqla, "İnter" klubunu "Birlik kuboku"nu qazanması münasibəti ilə təbrik edir".
"Qarabağ" klubunun kollektivi isə "İnter"ə ölkəmizin adını beynəlxalq arenada daim uğurla təmsil etməyi və uğurlarının daimi olmasını arzulayıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı