"Neftçi" Qalatasaray"la rəsmi müqavilə bağladı

"Neftçi" Qalatasaray"la rəsmi müqavilə bağladı
XƏBƏR 23 Yanvar 2011 / 22:19 2357
-  A +

"Neftçi" və Türkiyənin "Qalatasaray" klubları arasında aparılan danışıqlar müsbət nəticələnib və ikitərəfli sazişlə rəsmi müqavilə imzalanıb. Qol.Az-ın məlumatına görə, İstanbul klubunun təmsilçisi Adnan Sezginin imzası ilə göndərilən müqaviləni "Neftçi" rəhbərliyi müzakirə edib.

Müqavilə klub prezidenti Sadıq Sadıqovun imzası ilə təsdiq edilərək, "Qalatasaray"ın prezidenti Adnan Polata göndərilib. İki klub arasında bağlanmış və 2011-2012-ci illəri əhatə edən müqavilədə həm Bakı, həm də İstanbulda yoldaşlıq oyunlarının keçirilməsi, "Neftçi"nin gənc futbolçularının təcrübə toplaması məqsədilə "Qalatasaray"ın düşərgəsinə yollanması və s. layihələr nəzərdə tutulub.


Son xəbərlər