Rövnəq Abdullayev "İnter"in uğurunu dəyərləndirdi

Rövnəq Abdullayev "İnter"in uğurunu dəyərləndirdi
XƏBƏR 23 Yanvar 2011 / 21:36 1795
-  A +

"İnter" klubunun Rusiyada keçirilən "Birlik kuboku"nun qalibi olması münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Abdullayev affa.az saytına açıqlamasında ölkə futbol ictimaiyyəti adından ikiqat Azərbaycan çempionunu kuboku qazanması münasibətilə təbrik edib.

"Komandamız turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq "Birlik Kuboku" qazanmağa layiq olduğunu nümayiş etdirdi. Ümid edirəm ki, "İnter" bundan sonra da beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış edərək qazandığı qələbələrlə hər birimizi sevindirəcək".

Xatırladaq ki, "Birlik kuboku"nun yarımfinalında "Zenit" üzərində əldə etdiyi 5:0 hesablı qələbədən sonra AFFA-nın prezidenti "İnter"in üzvləri ilə görüşmüş, qazandığı qələbələr münasibətilə komandanı təbrik edərək, uğurlar arzulamışdı.

Son xəbərlər