«Verder»də çıxış edən türkiyəli Mesut Özil Almaniya millisinin heyətində debüt oyununu Azərbaycan milli komandasına qarşı keçirə bilər. Qol.Az-ın məlumatına görə, Mesut bir neçə gün əvvəl Norveçə qarşı yoxlama oyununda Almaniyanın heyətində meydana çıxıb. İlk öncə Mesutun martın 28-də Lixtenşteyn və ya aprelin 1-də Uelsə qarşı keçiriləcək oyunda forma geyəcəyi gözlənilirdi. Sonradan isə məlum oldu ki, həmin tarixlərdə Mesut Almaniyanın gənclərdən ibarət millisinə yardım edəcəyindən futbolçunun debütü avqustun 12-də Azərbaycan millisilə oyuna təsadüf edə bilər.
Xatırladaq ki, Mesut Almaniyanın heyətində rəsmi oyunda meydana çıxmadığından hazırda Türkiyə milli komandasının rəhbərliyi də onu heyətlərinə cəlb etmək üçün iş aparır.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı