"Neftçi"nin qapıçısı Rauf Mehdiyev Antalyadakı ilk təlim-məşq toplanışı haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Türkiyədəki ilk hazırlıq mərhələsi yüksək səviyyədə keçdi. Düzdür, yüklənmə çox olduğu üçün, ilk toplanışlar çətin olur. Buna baxmayaraq, komandamızda yer alan futbolçular böyük səylə məşqçilərin tapşırıqlarını yerinə yetirirdilər. Biz peşəkar futbolçularıq, bilirik ki, belə hazırlğın bəhrəsini çempionat oyunlarında görəcəyik. Antalyada həmçinin, iki dəfə test verdik, bunlardan biri "Konkone", digəri isə "Fitnes" testi idi. Nəticələr fiziki hazırlıq üzrə məqşçimiz Mehmet Akı qane etdi. Ancaq təbii ki, biz daha yüksək səviyyəyə qalxmaq üçün çalışmalıyıq".
"Neftçi" klubunun rəhbərliyi türkiyəli fiziki hazırlıq üzrə mütəxəssis Mehmet Akla rəsmi müqavilə imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bundan sonra gənc türkiyəli məşqçi uzun müddət flaqmanda çalışacaq.
Klubun bazasında baş tutan tədbirdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov Mehmet Akın yeni iş yerində uğur qazanacağına inam ifadə edib: "Biz bu mövsüm yeni komanda qurmuşuq. Hədəfimiz ölkə çempionluğunu və kuboku qazanmaqdır. Bunun üçün lazımlı işlər görülür. Türkiyəli mütəxəssis Mehmet Ak komandamızda fiziki hazırlıq üzrə məşqçi kimi çalışacaq. Onun gənc və ambisiyalı məşqçi olması bizim hədəflərimizlə üst-üstə düşür. Biz klub rəhbərliyi olaraq "Neftçi" üçün daim ən yaxşı olanı etməyə çalışırıq.Onun burada uğur qazanacağına ürəkdən inanıram."
"Neftçi" ilə rəsmi müqaviləyə qol çəkən Mehmet Ak da tədbirdə fikirlərini bildirib: "Azərbaycana qayıtdığım üçün çox sevinirəm. "Neftçi" Azərbaycanın ən köklü klubudur. Klub rəhbərliyinin komanda üçün gördüyü işlər göz qabağındadır. Flaqmanın hədəflərinə çatması üçün mən də əlimdən gələni edəcəyəm".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı