"Belə hazırlğın bəhrəsini çempionat oyunlarında görəcəyik"

"Belə hazırlğın bəhrəsini çempionat oyunlarında görəcəyik"
XƏBƏR 23 Yanvar 2011 / 16:28 1885
-  A +

"Neftçi"nin qapıçısı Rauf Mehdiyev Antalyadakı ilk təlim-məşq toplanışı haqda fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, təcrübəli qapıçı klubun rəsmi saytına açıqlamasında Türkiyədəki hazırlıq mərhələsinin yüksək səviyyədə keçdiyini söyləyib.

"Düzdür, yüklənmə çox olduğu üçün, ilk toplanışlar çətin olur. Buna baxmayaraq, komandamızda yer alan futbolçular böyük səylə məşqçilərin tapşırıqlarını yerinə yetirirdilər. Biz peşəkar futbolçularıq, bilirik ki, belə hazırlğın bəhrəsini çempionat oyunlarında görəcəyik", - Mehdiyev belə deyib.

O, fiziki hazırlıq səviyyələrindəki yüksəlişi də vurğulayıb: "Antalyada həmçinin, iki dəfə test verdik, bunlardan biri "Konkone", digəri isə "Fitnes" testi idi. Nəticələr fiziki hazırlıq üzrə məqşçimiz Mehmet Akı qane etdi. Ancaq təbii ki, biz daha yüksək səviyyəyə qalxmaq üçün çalışmalıyıq".

Son xəbərlər