Starkov: “Rubinsi komandamda görmək istəyirəm”

XƏBƏR 23 Yanvar 2011 / 13:56 2389
-  A +

“Bakı” klubunun baş məqçisi Aleksandr Starkov hazırda “Qarabağ”da çıxış edən Latviya millisinin yarımmüdafiəçisi Andrey Rubinsi komandasında görmək istədiyini bildirib.

Qeyd edək ki, Starkov Latviya miisilsində Rubinsin məşqçisi olub.

Qol.Az-ın müxbiri ilə söhbətində Starkov deyib ki, onun üçün futbolçunun təmsil etdiyi ölkə yox, oyunçu kimi yüksək keyfiyyətlərə malik olması əsas şərtdir: “Mən Rubinsi yaxından tanıyıram. O,  10 ildən çoxdur ki, müntəzəm olaraq milli komandaya çağırılır, orada 100-dən çox oyunçu keçirib. Bu, onun futbolçu kimi yüksək göstəricilərindən xəbər verir”.

Aleksand Starkov Rubinsin hazırkı komandası ilə müqaviləsi olduğunu xatırladıb: “Amma müqaviləsi bitəndən sonra onun “Bakı”ya keçidi məsələsinə baxa bilərəm” – deyə o vurğulayıb.


Son xəbərlər