"Qarabağ"ın 6 futbolçusuna istirahət verilmədi

"Qarabağ"ın 6 futbolçusuna istirahət verilmədi
XƏBƏR 23 Yanvar 2011 / 12:58 1758
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısını davam etdirən Ağdamın "Qarabağ" komandası iki günlük istirahətə çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv üzvləri yanvarın 23-də və 24-də sərbəst olacaqlar.

Amma bu, heç də bütün futbolçulara şamil olunmayıb. Zədəsi və fiziki hazırlıq cəhətdən problemi olan Aftandil Hacıyev, İlqar Qurbanov, Nderim Nedzipi, Rəşad Kərimov, Əfran İsmayılov, Aslan Kərimova özəl çalışmalar tətbiq ediləcək. Eyni zamanda "Qarabağ"ın məskunlaşdığı "İC-Santai" otelində məşq üçün istənilən şərait olduğundan futbolçular bu imkandan yararlana biləcəklər.

Yanvarın 25-dən etibarən "Qarabağ" yenidən məşqlərə start verəcək.

Son xəbərlər