Rəşad Sadıqovun komandası ikinci dövrəyə qələbə ilə başladı

XƏBƏR 22 Yanvar 2011 / 21:03 2265
-  A +

Bu gün Türkiyə Superliqasının 18-ci turu çərçivəsində həmyerlimiz Rəşad Sadıqovun da formasını geydiyi "Eskişehirspor" klubu səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, Sadıqov həmin oyunda "Eskişehirspor"un start heyətində meydana çıxıb. Bu oyunda da etibarlı müdafiəsi ilə fərqlənən "Eskişehirspor" klubu qarşılaşmadan minimal hesablı qələbə ilə ayrılıb.
 
Qeyd edək ki, ikinci dövrənin ilk matçı olan "Gənclərbirliyi" ilə oyunda Bülənt Uyğunun komandası səfərdə 1:0 hesabı ilə qalib gələrək xalını 20-ə yüksəldib.

Son xəbərlər