"Turan" ikinci yoxlama görüşündə qələbəni əldən verdi

XƏBƏR 22 Yanvar 2011 / 20:28 1532
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Tovuzun "Turan" klubu bu gün növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, "Turan" Almaniyanın aşağı liqa təmsilçisi "Lübek"lə oyunda qüvvəsini sınayıb. İlk hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 64-cü dəqiqəsində "Turan" futbolçuları hesabda irəli keçsələr də, qələbəni sona qədər qoruyub saxlaya bilməyiblər. Nəticədə oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Naci Şensoyun yetirmələri 2011-ci ildə ilk matçını da Almaniyanın aşağı liqa təmsilçisi "Pampov"a qarşı keçirib. Həmin oyunda "Turan" rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.


Son xəbərlər