Bir neçə gün öncə Türkiyənin "Fənərbaxça" klubunun düşərgəsində olan "Neftçi" PFK-nın yetirməsi Amit Quluzadə Bakıya dönüb. Qol.Az-ın məlumatına görə, Amit "Fənərbaxça" rəhbərliyinin şəxsi müqavilə şərtlərini qəbul etməyərək, onlara "yox" cavabı verib. 18 yaşlı yarımmüdafiəçi İstanbul klubunda oynamaqdan imtina etməsinin səbəbləri və gələcək planları barədə "Neftçi"nin rəsmi saytına müsahibəsində danışıb:
- Amit, öncə bilmək istərdik ki, Bakıya qayıdışın nə ilə bağlıdır?
- "Fənərbaxça" rəsmiləri mənimlə müqavilə bağlamaq istəyirdilər. Bu məqsədlə İstanbul komandasının nümayəndəsi Antalyada keçirilən təlim-məşq toplanışı zamanı "Neftçi"nin düşərgəsinə gəlmişdi. İki klub arasında mənim transferimlə bağlı bütün məsələlər həll olundu. Yanvarın 12-də isə mən "Fənərbaxça" ilə müqavilə bağlamaq üçün İstanbula yollandım. Çox sağ olsunlar, yaxşı qarşıladılar. Orada olduğum bir həftə ərzində onlarla 4 dəfə danışığımız oldu. Ancaq şərtlərimiz üst-üstə düşmədiyindən, müqavilə bağlamaqdan imtina etdim.
- Əsasən hansı məsələlərdə razılığa gələ bilmədiniz?
- "Fənərbaxça" rəsmiləri 3 illik müqaviləyə imza atmağımı istəyirdilər. Lakin əsas komandaya cəlb olunub-olunmayacağım bilinmirdi. Onlar buna zəmanət vermirdilər. Hələlik əvəzedici heyətdə forma geyinəcəyimi söyləyirdilər. Təbii ki, bu şərti qəbul edə bilməzdim. Düzünü deyim ki, anlaşmanın maliyyə tərəfini düşünmürdüm. Amma gözləmədiyim halda, "Neftçi"dəki müqaviləmdən daha aşağı şərtlər təklif etdilər. Ən vacibi odur ki, daim oynayım, meydançada olum. Əvəzedici heyətdə isə 2-3 il forma geyinib, irəliləyişə nail olmağım qeyri-mümkündür. Əksinə orada gözdən uzaq olacaqdım, Azərbaycan yığmasındakı yerimi itirə bilərdim. Bundan başqa, istənilən vaxt "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocamanı istefaya göndərə bilərlər. O, komandadan getdikdən sonra havada qalacaqdım. Gələcəyimi fikirləşib, "Neftçi"yə qayıtmaq qərarına gəldim.
- "Fənərbaxça" rəsmilərinin sənin "yox" cavabına reaksiyaları necə oldu?
- Bu məsələ "Fənərbaxça" İdman Klubunun prezidenti Əziz Yıldırım səviyyəsində də müzakirə edildi. O da mənimlə müqavilə bağlanması üçün göstərişlərini vermişdi. Rəsmi şəxslərlə 4 dəfə söhbətləşib, müqavilədən imtina etdim. Son görüşümüzdə onlarla hallalıqla ayrıldım.
- Gələcək planların nədən ibarətdir?
- Bakıya döndükdən sonra şəxsən "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovla görüşdüm və ondan xahiş etdim ki, flaqmanda çıxışı davam etdirim. Baş məşqçi Arif Əsədov da burada oynamağımı istəyirdi. Qarşıdakı 6 ayı "Neftçi"də keçirib, çempionluq sevinci yaşamaq istəyirəm. Hazırda mənə bir sıra klublardan təkliflər var. Lakin onların heç birinə fikir vermirəm. Bütün diqqətimi "Neftçi"dəki çıxışıma yönəltmişəm. Altı aydan sonra flaqman rəhbərliyi hansı kluba keçməyimi məsləhət görsə, belə də edəcəyəm. Başda Sadıq Sadıqov olmaqla, "Neftçi" PFK-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Flaqman rəsmiləri "Fənərbaxça"ya transferim müqabilində bir qəpik də istəmədilər. Əksinə, yerli futbolçunun milli komandanın naminə xarici klubda oynamasının tərəfdarı idilər. Həmçinin, məni yaxşı qarşıladığına, müalicəmin davam etdirilməsinə göstərdiyi köməyə görə "Fənərbaxça" rəhbərliyinə də təşəkkürümü çatdırıram.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı