Miroslav Stok: "Yaxşı ki, "Qalatasaray"a transfer olmadım"

Miroslav Stok: "Yaxşı ki, "Qalatasaray"a transfer olmadım"
XƏBƏR 22 Yanvar 2011 / 15:42 2311
-  A +

Mövsümün əvvəlində Türkiyənin 2 nəhəng klubu "Fənərbaxça" və "Qalatasaray"ın transfer hədəfində olan slovakiyalı futbolçu Miroslav Stok "sarı lacivərtli" kluba keçməklə doğru addım atdığını bildirib. Qol.Az-ın məlumatına görə, Stok "Fənərbaxça"nı Türkiyənin ən böyük komandası adlandırıb: "Birinci dövrəyə yaxşı başlamadıq. Lakin "Antalyaspor" oyunu ilə ikinci dövrəyə yaxşı start vermək istəyirik. Düşünürəm ki, "Fənərbaxça" Türkiyənin ən böyük klubudur. Burada çıxış etdiyim üçün çox xoşbəxtəm. Türkiyədə futbol çox sərt və sürətli oynanılır. İnanıram ki, "Fənərbaxça"nın mənim karyeramda önməli bir yeri olacaq. Yaxşı ki, "Qalatasaray"a yox, "Fənərbaxça"ya transfer oldum. Ən böyük arzum isə "Fənərbaxça" ilə Avropada uğurlu çıxış etməkdir". 

Son xəbərlər