"Bakı" klubunun yeni baş məşqçisi Aleksandr Starkov Qazaxıstanın "Akjayik" (Uralsk) klubu ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, Starkov komandasının oyunundan razı qaldığını bildirib: "Komandam bu gün yaxşı oynadı. Lakin hər şey istədiyimiz kimi deyil. Çünki hələ hazırlığın ilk həftəsidir. Bununla belə, artıq futbolçularla dil tapa bilirəm. Yaxşı ki, bu oyunda qol buraxmadıq. Qələbə qazanmaq üçün daha çox çalışmaq lazımdır. Bəzi futbolçular var ki, onlar meydanda bir-birilərini yaxşı başa düşmürlər. Çünki onlar yarım ildir ki, bu komandaya gəliblər. Futbolçuların yaxşı anlaşması üçün isə ən azı bir il komandanın düşərgəsində olmalısan".
-Futbolçularla anlaşmaqda dil problemi yaranmır?
-Çox vaxt rus dilində danışırıq. Əlbəttə, bəzi futbolçular var ki, çox az başa düşürlər.
-"Bakı"nın təlim-məşqlərə gec başlaması komanda üçün problem yaratmayacaq?
-Yox. Bizim yaxşı hazırlıq keçməyimiz üçün qarşıda hələ 3 həftəmiz var. Bəzi futbolçularımız isə millinin düşərgəsinə gedəcək. Məncə, heç bir problem yoxdur. Sadəcə olaraq, daha çox çalışmaq lazımdır.
-"Bakı"dan uzaqlaşdırılmış futbolçular Jaba, Roşa və Ceffersonun əvəzinə kimləri komandaya gətirməyi planlaşdırısız?
-Mənim seçim etməyim üçün çox vaxta ehtiyacım yoxdur. Növbəti oyundan sonra komandanın vəziyyəti mənə agah olacaq.
-Laviyalı futbolçuların gəlməsi mümkündürmü?
-Hər şey ola bilər. Əsas futbolçuların səviyyəsidir.
-"Bakı"nın əvəzedici heyəti ilə tanışsınız?
-Bəli. Bakıda olduğum müddətdə onlarla tanış olmuşdum. Əvəzedici heyətdə kifayət qədər futbolçu var. Düşünürəm ki, klub prezidenti çox düzgün siyasət aparır. O, təkcə əsas komandaya deyil, eyni zamanda əvəzedici heyətin inkişafına da xüsusi diqqət ayırır. Komandanın inkişafı üçün əla şərait var. Əlbəttə ki, gənc futbolçular gələcəkdə əsas komandanın futbolçuları olacaq. Lakin onlar hələ buna hazır deyillər. Mən də əvəzedici heyətdən 2 futbolçu gözləyirəm.
-Vaqif Cavadovu necə dəyərləndirirsiz?
-Zahirən çox yaraşıqlı insandır. (gülür)
-Bəs futbolçu kimi?
-Çox ədalətli və özünə güvənən bir futbolçudur. İstənilən rəqibə başağrısı ola bilər. İnanıram ki, onunla yaxşı münasibətim olacaq.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı