Xavyer Zanetti: "Karyeramı "İnter"də başa vuracam"

Xavyer Zanetti: "Karyeramı "İnter"də başa vuracam"
XƏBƏR 22 Yanvar 2011 / 13:51 1926
-  A +

İtaliyanın "İnter" klubunun argentinalı müdafiəçisi Xavyer Zanetti karyerasını başa vurmaq haqda danışıb. Qol.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu karyerasını məhz "İnter"də başa vurmaq istədiyini bildirib: "Artıq 16 ildir ki, bu komandada çıxış edirəm. Buna görə özümü çox xoşbəxt hiss edirəm. "İnter" kimi bir klubda uzun müddət qalacağımı ağlıma belə gətirmirdim. Bu müddət ərzində komandanın kapitanı olmağımla da qürur duyuram. Hələ ki, "İnter"lə 2 illik müqaviləm var. Növbəti 2 ildə də futbol oynayaraq karyeramı məhz "İnter"də bitirəcəyəm".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner