Rövnəq Abdullayev Yozef Blatterlə görüşüb

Rövnəq Abdullayev Yozef Blatterlə görüşüb
XƏBƏR 22 Yanvar 2011 / 12:35 1620
-  A +

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Qol.Az-ın məlumatına görə, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son 12 ay ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, FİFA ilə AFFA arasında əməkdaşlıq haqda geniş fikir mübadiləsi aparılıb. FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib. Sonda FİFA-nın prezidenti Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı bu ilin iyun ayında keçiriləcək təntənəli tədbirə dəvət olunub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner