AFFA prezidenti "İnter"in üzvləri ilə görüşdü

AFFA prezidenti "İnter"in üzvləri ilə görüşdü
XƏBƏR 22 Yanvar 2011 / 02:01 1666
-  A +

Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində olan AFFA prezidenti Rövnəq Abdullayev "Birlik Kuboku"nun finalına yüksələn "İnter" klubunun üzvləri ilə görüşüb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Abdullayev turnirdə ardıcıl 5 qələbə qazanan komandanı həlledici görüşdə iştirak hüququna yiyələnməsi münasibəti ilə təbrik edib.

O, "İnter"ə Belarus "Şaxtyor"u ilə yanvarın 23-də keçiriləcək final qarşılaşmasında da uğurlar arzulayıb.

Son xəbərlər