"Onlardan gün ərzində istefa ərizələrini gətirmələrini rica edirəm"
"Qalatasaray"ın prezidenti Adnan Polat klubun idarə heyətində yer alan Mehmet Helvacı, Doğan Yalçınkaya, Vedat Eşkinatı istefaya çağırıb. Qol.Az-ın məlumatına görə, Polat Mehmet Helvacının son açıqlamalarını xəyanət kimi dəyərləndirib.
Klub prezidenti bildirib ki, heç kim onu hədələyə, şantaj edə bilməz: "Mehmet Helvacı, Doğan Yalçınkaya, Vedat Eşkinatı qürurlu insanlar kimi istefaya dəvət edirəm. "Qalatasaray" başqanı aslandır, quzu deyil. Onlardan gün ərzində istefa ərizələrini gətirmələrini rica edirəm”.
Polat bildirib ki, ona yalnız "Qalatasaray" azarkeşi etiraz edə bilər: "Mənə etiraz edəcəksə, "Qalatasaray" azarkeşi etiraz etsin. Bizi asacaqsa, "Qalatasaray" azarkeşi assın. Başqası asa bilməz".
Qeyd edək ki, Mehmet Helvacı klubun idarə heyətinin ötən gün keçirilmiş toplantısında Adnan Polata qərar qəbul etmək üçün 24 saat möhlət verdiklərini deyib: "Mən baş verən olaylarla əlaqədar müəyyən addımlar atmalı olduğumuzu, səssiz durmağımızın yanlış olduğunu, azarkeşlərə cameəmizin sahib çıxma vaxtının çoxdan gəlib çatdığını söylədim və bir sıra təkliflər verdim. Bundan sonra klub prezidentinin 24 saat ərzində bir qərar verəcəyini söyləyərək ayrıldıq. Gözləyirik, görək prezidentimiz bu təkliflərə necə reaksiya verəcək. Hamımız görəcəyik".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı