"Bakı"nın oyununda xoşagəlməz olay

XƏBƏR 21 Yanvar 2011 / 19:19 2359
-  A +

Bü gün Türkiyənin Antalya şəhərində keçirilən "Bakı" (Azərbaycan) - "Akjayik" (Qazaxıstan) matçında xoşagəlməz hadisə baş verib. Qol.Az-ın oyunu stadiondan izləyən əməkdaşının verdiyi məlumata görə, matçın birinci hissəsində "Bakı"nın müdafiəçisi Vadim Borets rəqib futbolçuyla top uğrunda mübarizə apararkən bilməyərəkdən təpiklə onun üzündən vurub.

Nəticədə qazaxıstanlı futbolçu oyunu yarımçıq tərk etmək məcburiyyətində qalıb. Məlum olub ki, Boretsin zərbəsindən sonra futbolçunun qaşı və dodağı partlayıb. Bu səbəbdən futbolçu stadiondan dərhal xəstaxanaya aparılıb. 


Son xəbərlər