"Məncə, Türkiyə futbolu 7-8 ildir yerində durub, halbuki daha irəli getməli idi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Cihan" agentliyinə açıqlamasında Azərbaycan milli komandasının və Türkiyənin "Eskişehirspor" klubunun futbolçusu Rəşad Sadıqov deyib.
Yığmamızın kapitanı bildirib ki, qardaş ölkədə futbol oradakı futbolçu, məşqçi, azarkeşlər qarşılığında daha irəlidə olmalı idi. Sadıqovun fikrincə, yaxın vaxtlarda bu, baş verəcək.
Türkiyə və Azərbaycan futbolu arasında çoxlu fərqlərin olduğunu açıqlayan 29 yaşlı müdafiəçi "Siz bizdən çox öndəsiniz. Amma bizdə də yeni federasiya prezidenti seçkisindən sonra 2-3 ildir ki, irəliləyiş başlayıb. 5-6 ildən sonra Azərbaycan futbolunun Türkiyədəki səviyyəyə çatacağına ümidvaram" deyib.
Sadıqov bütün sahələrdə olduğu kimi, futbolda da iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. O, Türkiyədə Azərbaycan futboluna laqeyd münasibəti təbii sayıb: "Azərbaycanda Türkiyə futbolu və futbolçuları çox yaxından izlənilir. Amma Türkiyədə bizim futbolla o qədər də maraqlanmırlar. Bu da normal haldır. Yuxarıdakılar aşağıya baxmaz, aşağıdakılar yuxarı baxarlar. Bu, dünyanın hər yerində belədir".
Həmyerlimiz Azərbaycan yığmasının dünya və Avropa çempionatlarına qatıla bilmədiyini, bu səbəbdən, Türkiyə millisinə öz komandası kimi azarkeşlik etdiklərini söyləyib: "Siz qalib gəldiyiniz vaxt uşaqlar kimi küçələrə çıxıb bayram edirik".
2010-cu il oktyabrın 11-də Bakıda keçirilmiş Azərbaycan – Türkiyə matçında stadionun yarısının türkiyəli, yarısının azərbaycanlı azarkeşlər tərəfindən doldurulduğunu bildirən Sadıqov bunu nadir hallardan sayıb: "Sanki Türkiyə səfərdə oynamırdı. Futbolçuları çağırarkən iki tərəf də birgə alqışlayırdı. Bizdə Türkiyəyə belə münasibət var".
Həmin oyunda yığmamızın qələbə topunu vuran kapitan bundan sonra Türkiyədə heç kimdən təpki almadığını, əksinə, ona müsbət münasibət göstərildiyini qeyd edib: "O matçdan öncə 3 aydır oynamırdım. "Eskişehirspor"da ilk "11-lik"də yer ala bilmirdim. Həmin görüş mənim üçün çox önəmli idi. Bu, mənim üçün bir şans idi. Hər kəs, Türkiyə, Azərbaycan, məşqçilər o matçı izləyirdi. Bunu bilirdim. Amma qol vuracağımı heç düşünmürdüm. Künc zərbəsi oldu. Kombinasiya qurduq. Mən vurdum və qol oldu. Allahıma şükürlər olsun. Lakin mən qol vurmaqdan çox yaxşı oynamağı düşünürdüm. Qol vurmağım isə mənim üçün yaxşı oldu”.
Sadıqov Türkiyəyə "Eskişehirspor"dan öncə də gəldiyini, "Kayserispor" və "Kocaelispor"da da çıxış etdiyini xatırladıb. O, ilk klubu "Kayserispor"da yaxşı başladığını, lakin daha sonra bəzi səbəblərdən yetərincə uğur əldə edə bilmədiyini söyləyib. Zədə və başqa problemlərlə əlaqədar Kayseridən ayrıldığını, ardından transfer olduğu "Kocaelispor"da çətin günlər keçirdiyini deyən futbolçu "Komandada maddi problemlər çox idi. Mübarizə apardıq, amma Superliqada qala bilmədik. Bir müddət Azərbaycanda çıxış etdikdən sonra "Eskişehirspor"a gəldim. İnşallah, bu uzun müddətli olar və çıxışlarım daha uğurlu alınar” deyib.
Bu mövsüm Superliqada çempionluğa "Trabzonspor"un əsas namizəd olduğunu vurğulayan Sadıqov digər komandalara çox da şans tanımadığını bildirib: "Psixoloji baxımdan, "Trabzonspor" və "Bursaspor" ən yaxşı durumdadır. Hazırda lider olan "Trabzonspor" qarşıdakı turlarda mütləq xallar itirəcək. Lakin özünəinamı itirməyəcəyi, azarkeşlərin etirazı ilə üzləşməyəcəyi halda çempionluğa qovuşacaq. Ya "Trabzonspor", ya da "Bursaspor"un çempion olmasını istəyirəm. İnşallah, ikisindən biri çempion olar"
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı