Aleksandr Starkov: "İlk oyun üçün pis nəticə deyil"

Aleksandr Starkov: "İlk oyun üçün pis nəticə deyil"
XƏBƏR 21 Yanvar 2011 / 17:20 1985
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən paytaxtın "Bakı" klubu bu gün ilk yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Qazaxıstanın "Akjayik" (Uralsk) klubu ilə qarşılaşmada 3:0 hesabı ilə qalib gələn "Bakı"nın yeni baş məşqçisi Aleksandr Starkov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Komandam bu gün yaxşı oynadı. Lakin hər şey istədiyimiz kimi deyil. Çünki hələ hazırlığın ilk həftəsidir. Bununla belə, artıq futbolçularla anlaşa bilirəm. Ümumilikdə isə, ilk oyun üçün pis nəticə deyil".

Son xəbərlər