Canluici Buffon: "Karyeramı "Yuventus"da başa vuracağam"

Canluici Buffon: "Karyeramı "Yuventus"da başa vuracağam"
XƏBƏR 21 Yanvar 2011 / 16:57 1928
-  A +

İtaliyanın "Yuventus" klubunun təcrübəli qapıçısı Canluici Buffon karyerasını başa vuracağı komandanın adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 32 yaşlı qapıçı karyerasını Turinin "Yuventus" klubunda başa vuracağını bildirib: "Doğrudur, hələ bu barədə danışmaq bir qədər tezdir. Bununla belə, mən karyeramı "Yuventus"da başa vurmağı düşünürəm. Çünki mən Turin azarkeşlərindən ayrıla bilmərəm. Ona görə də, bu kluba sadiq qalacam. Klubun baş məşqçisi ilə də çox gözəl münasibətlərim var. Onunla sıx əlaqə saxlayır və bəzən də zarafatlaşıram". 

Son xəbərlər